Özünü və öldürdüyü yoldaşını yandırdı - Tovuzdakı faciənin təfərrüatı (Yenilənib)

Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.


Tovuz rayon hüquq mühafizə orqanlarından verilən məlumata görə, 64 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 57 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.

Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

APA

***
16:07

Tovuz rayonunda ər və arvad yaşadıqları evdə yanaraq ölüb.

Hadisə rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində baş verib.

Belə ki, kənd sakinləri Yolçu Hüseynov və həyat yoldaşı Sevda Hüseynova evdə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Report