Masallıda qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib. Masallıda qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Masallıda qaz borusunda partlayış oldu - Yaralanan var

Masallıda qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib. Yanıq xəsarəti alan H.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.