Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər. Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər.

Yol polisləri nazirliyin polkovnikini yumruqladılar – Bakıda şok olay

Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər.

AzNews.az sputnik.az-a istinadən xəbər verir ki, yol polisləri döydükləri şəxsin polkovnik olduğunu sonradan – o, polisə şikayət etdikdə öyrəniblər.

Məlumata görə, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq ediblər. Bununla əlaqədar polkovnik Suraxanı rayon 33-cü polis bölməsinə şikayət ünvanlayıb. M.Yusifovun sözlərinə görə, fevralın 24-ü saat 23:00 radələrində DYP müfəttişləri Yeni Günəşli qəsəbəsinin "V" yaşayış massivi yaxınlığında onun maşınını saxlayıblar. Polislər Yusifovun yol hərəkət qaydalarını pozduğunu iddia ediblər. Lakin Yusifov özünün günahsız olduğuna əmin olub. Bundan sonra mülki geyimdə olan Yusifovla polis əməkdaşları arasında münaqişə başlayıb. Nəticədə polislər onu yumruqlamağa başlayıb, hətta həmkarlarını köməyə də çağırıblar.

Zərərçəkmişin sözlərinə görə, polislər ona bədən xəsarətləri yetiriblər. Hazırda iş Suraxanı Rayon Prokurorluğuna göndərilmək üçün hazırlanır. Prokurorluqda isə bildiriblər ki, DYP əməkdaşlarının əl-qol atmağa hüququ çatmır.

Qeyd edək ki, bu, DYP müfəttişlərinin sürücülərə qarşı fiziki güc tətbiq etdiyi ilk hal deyil. Lakin demək olar ki, bütün hallarda yol polisləri cinayət məsuliyyətindən yayınmağı bacarıblar.