- Köhnə - Hadisə
- 11 Mart 2016 10:51
- 4 073
38 yaşlı kişini bıçaqlayıb qaçdılar
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Təbriz küçəsi 9-cu döngə, ev 24 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Seymur Əziz oğlu Quliyev bel nahiyyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.
Polis idarəsində onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır. Hadisəni törədən şəxslər ərazidən qaçıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gəncədə ötən gün də bıçaqlanma hadisəsi baş verib. Şəhərin Xanlar küçəsi 4-cü döngə ev 10 ünvanında yaşayan 1974-cü il təvəllüdlü Elşad Sadiq oğlu Daşdəmirov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
E. Daşdəmirovun anası onun motosikletdən yıxıldığını desə də, 42 yaşlı kişinin bıçaqlandığı ehtimal edilir.
anspress.com