- Köhnə - Hadisə
- 11 Mart 2016 18:27
- 4 628
Beşmərtəbəli binadan özünü atmaq istədi – İcra başçısı gəldi (Yenilənib)
Bu dəqiqələrdə Ağcəbədidə bir nəfər intihara cəhd edir.
Hadisə şahidlərinin AzNews.az-a verdiyi məlumata görə, Sənan Bağırov adlı bir şəxs Üzeyir Hacıbəyov küçəsində yerləşən beşmərtəbəli binaya qalxaraq özünü atmaq istəyir. Onun 30-35 yaşlarında olduğu bildirilir. S.Bağırovun hansı səbəbdən intihara cəhd etməsi hələki bilinmir.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub
16:25
***
AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə yerinə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəlib. Sənan Bağırovla söhbətdən sonra onu intihar etmək fikrindən daşındıra bilib. Binanın başından endirilən S.Bağırov başçı ilə birlikdə icra hakimiyyətinin inzibati binasına aparılıb.