Bərdədə zəncirvari qəza baş verib. Bərdədə zəncirvari qəza baş verib.

Bərdədə 4 maşın toqquşdu - 3 yaralı

Bərdədə zəncirvari qəza baş verib.


AzNews.az xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 4 avtomobil toqquşub, 3 nəfər yaralanıb. "Mercedes" markalı avtomobilin sürücüsü Qurbanov Pərviz və həmin maşındakı sərnişin Ceyhun Bağırov, mikroavtobusun sürücüsü Mübariz Alışanov müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər VAZ- 2106 və "Opel" markalı maşınlara ziyan dəysə də sürücü və sərnişinlər xəsarət almayıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.