- Köhnə - Hadisə
- 26 Mart 2016 10:18
- 4 100
Əsgərimiz şəhid oldu
Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.