Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ticarət Mərkəzində dəhşətli hadisə: Ölənlər var

Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 10:00 radələrində Dədə Qorqud küçəsində yerləşən "Gənclik" Ticarət Mərkəzində tikinti işləri aparılarkən tikinti materiallarını qaldıran kranın trosu qırılıb.

Bu zaman aşağıda olan 3 fəhlə düşən yükün altında qalıb. Onlardan Vəliyev Elşən İsfəndiyar oğlu ölüb, Şəfiyev Rəşad Yusif oğlu və Kərimov Ramin Mürşid oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

AzNews.az