Masallı rayonunda mollanı rüsvayedici məlumatlar yayacağı ilə şantaj edən qadın tutulub. Masallı rayonunda mollanı rüsvayedici məlumatlar yayacağı ilə şantaj edən qadın tutulub.

33 yaşlı qadın Masallıda tanınmış mollanı - Şantaj etdi (Yenilənib)

Masallı rayonunda mollanı rüsvayedici məlumatlar yayacağı ilə şantaj edən qadın tutulub.


AzNews.az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul aan Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Masallı rayonunda qadın tərəfindən şantaj edilən 77 yaşlı kişinin molla olduğu üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ə.Hüseynov Masallıda tanınmış mollalardandır.

Onu şantaj edən A.Şahbazovaya gəlincə, onun 33 yaşı var və bir müddət əvvəl Ə.Hüseynovla tanış olub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ə.Hüseynov özü polisə müraciət edərək qadın tanışı tərəfindən şantaj edildiyini bildirib.

15:43
***
77 yaşlı mollanın şantaj edilməsi ilə bağlı bir sıra məqamlar üzə çıxıb.

Aytən Şahbazova axunda deyib ki, montaj vasitəsilə onun çılpaq şəkillərini hazırlayacaq və bu şəkilləri ictimaiyyətə yayacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.