Yol qəzası Cəlilabad rayonunun Göytəpə kəndində baş verib Yol qəzası Cəlilabad rayonunun Göytəpə kəndində baş verib

“Porsche“ hasara çırpıldı

Yol qəzası Cəlilabad rayonunun Göytəpə kəndində baş verib



Bu gün saat 12:30 radələrində Bakı-Astara magistral yolunun 240-cı kilometrliyində Cəlilabad rayonu Göytəpə kəndi ərazisində "Porsche" markalı avtomobil qəzaya törədib. Yol Polisinin anspress-ə verdiyi məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə daha sonra yaxınlıqdakı evin hasarına dağıdaraq həyətə girib. Xoşbəxtlikdən sürücü yüngül xəsarətlə canını qurtarsa da, minik maşını yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az