- Köhnə - Hadisə
- 3 Dekabr 2016 21:15
- 3 903
Avtomobillər toqquşdu - Yaralananlar var
Yalama-Şirvanovka yolunun 5-ci kilometrliyində "VAZ 2106" və "VAZ 21099" markalı avtomobillərin toqquşması nəticəsində avtomobil qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə zamanı Qusarçay kənd sakinləri, sürücü, 1967-ci il təvəllüdlü, Hacıyev Əzizulla Ağasəməd oğlu və onun oğlu, 1999-cu il təvəllüdlü, Hacıyev Rafiq yüngül xəsarət alıblar.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az