Goranboyda 10 ton pambıq yandı - Video + Foto

Hadisə pambıq qəbulu məntəqəsində qeydə alınıb.


ARB TV xəbər verir ki, məntəqədə yığılan pambıq tayaları alışıb. Goranboy Rayon İcra Hakimiyyətindən "ARB Kəpəz"-ə verilən məlumata görə, hadisə saat 16:10 radələrində olub.

Zaur Əliyev - Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndəsi: "3 taya yanıb, nə qədər yandığını dəqiq deyə bilmərik. Tayalar tam yanmayıb, üz hissəsi yanıb, 10-15 ton olar. Yaxınlıqda yaşayış evləri var. Ola bilər ki, oradakı yaşayış evlərindən çınqı gəlib."

Hadisə barədə FHN-nin Goranboy rayon Yanğından Mühafizə hissəsinə məlumat verilib. Əraziyə 6 yanğınsöndürən avtomobil və xeyli canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi Famil Əhmədovdan aldığımız məlumata görə, 4 tayanın üz hissəsi yanıb. Təxminən 10 tona yaxın ağ qızıl yararsız hala düşüb. Məntəqədə ümumilikdə 10 taya olub, hər tayada yığılan pambığın çəkisi isə 280-300 ton arasındadır.

AzNews.az

image description image description image description