Üç avtomobil toqquşdu - Qayınata və gəlin öldü

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 12-də saat 14.00 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndində baş verən yol-nəqliyyat hadisəsində qayınata və gəlin ölüb.

"VAZ 2106", "VAZ 2107" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından APA-ya bildirilib ki, hadisə yerinə çağrılan həkim birqadası qəzada xəsarət alan bir nəfəri, "Mitsubishi" markalı maşının sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.

V. Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az