Maşın piyadanı vurub öldürdü - Video + Foto

Avtomobil qəzası bir nəfərin ölümünə səbəb olub.


ARB Şəki xəbər verir ki, sözü gedən qəza Şamaxıda baş verib.

Rayonun Çuxuryurd kəndində piyadanın vurulması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə gecə saatlarında qeydə alınıb minik maşını yolu keçən piyada Vüqar Əfəndiyevi vurub. Qəza zamanı piyada ağır bədən xəsarətləri alıb. Sürücü dərhal zərərçəkəni öz avtomobili ilə Şamaxı rayon xəstxanasına gətirib. Həkimlərin sözlərinə görə Vüqar xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

AzNews.az

image description image description