Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb. Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.

Qar sürücülərə çətin anlar yaşatdı – VİDEO - FOTOLAR

Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.


AzNews.az ARB-ə istinadən xəbər verir ki, İsmayıllıya 10-15 santimetr hündürlükdə qar yağıb. Nəticədə Muğanlı-İsmayıllı avtomagistralının dağlıq ərazilərindən keçən hissəsində və Muğanlı dolaylarında sürücülər çətin anlar yaşayıb.

Hazırda qarın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylara cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilir. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır.

Üç növbəli iş rejimində çalışan idarə işçiləri avtomobillərin təhlükəsizliyi üçün əllərindən gələni edirlər. İdarənin balansında kifayət qədər qum, duz, yanacaq ehtiyatı var.

image description image description image description