“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki köşkün dənizə aşması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki köşkün dənizə aşması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir.

İtkin düşən neftçilərin axtarışları nəticəsizdir - Qərargahdan açıqlama

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki köşkün dənizə aşması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir.

Bu barədə AzNews.az-a hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib. Qərargahdan verilən məlumata görə, itkin düşən neftçilərin axtarışları davam etdirilir:

"Axtarışlar nəticəsizdir. Tək bir şəxsin, İlham Qafarovun meyiti hadisədən bir neçə saat sonra tapılıb və aidiyyatı üzrə təhvil verilib."

Qərargahdan onu da bildiriblər ki, itkin düşən neftçilərin axtarışlarına 11 gəmi, 3 helikopter cəlb olunub.

Dünən səhər saatlarında "Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki köşk dənizə aşıb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köşkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Bahar RÜSTƏMLİ
AzNews.az