Astarada ağır yol qəzası - ölənin sabah toyu olacaqdı - Yenilənib

Astara rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.


AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı ölən şəxs Məmmədzadə Nicat Fizuli oğludur.

Qeyd edək ki, sabah - dekabrın 17-də Nicat Məmmədzadənin toy mərasimi olacaqdı. Hadisə zamanı "BMW" avtomobilində ağır xəsarət almış sərnişin isə Məmmədzadə Samir Nizami oğludur.

Qəzaya düşmüş hər iki avtomobildəki şəxslər yaxın qohumdurlar.

***
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb.

Sürücülərinin kimliyi hələlik məlum olmayan "BMW" markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107" markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların bir sərnişini aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha bir nəfəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.