Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

Avtomobil 3 nəfəri vurdu, biri öldü, ikisi yaralandı - Ağstafada - Yenilənib

Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.


AzNews.az Apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ağstafa şəhəri, Ü.Hacıbəyov prospektində baş verib.

Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Nəticədə Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi, 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

***
Bu gün Ağstafa rayonunda minik avtomobili 3 nəfəri vurub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir qadın həyatını itirib, orta yaşlı kişi və azyaşlı uşaq isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanları ölən qadının və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.