Bakıda şok hadisə - 16 yaşlı oğlan anasını yatdığı yerdə güllələdi (Yenilənib)

Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.


"Report"un əldə etdiyi məlumata görə, 16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

Belə ki, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.


***
09:04


Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az