Abşeron Rayon Polis İdarəsinə rayonun Hökuməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olub. Abşeron Rayon Polis İdarəsinə rayonun Hökuməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olub.

Narkotiklə tutulan qardaşlar qəza törətdi - Video + Foto

Abşeron Rayon Polis İdarəsinə rayonun Hökuməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olub.


ARB TV xəbər verir ki, dərhal hərəkətə keçən polis əməkdaşları Höküməli qəsəbə sakinləri əvvəllər məhkum olunmuş 26 yaşlı Sənan və 18 yaşlı Piralı Qeybullayev qardaşlarını saxlayıblar.

İki ildir ki, narkotik istifadəçisi olan Sənan, həm də onu satmaqla məşğul imiş. Bu işdə ona qardaşı Piralı kömək edirmiş. Əməllərinin üstü açılanda isə Qeybullayev qardaşlarının qaçmağa cəhd göstərmələri avtomobil qəzası ilə nəticələnib.

Narkotiklə həm özlərini, həm də Höküməli qəsəbəsində yaşayan gəncləri zəhərləyən Qeybullayev qardaşları barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Sənan Qeybullayev (saxlanılan şəxs): "Xırdalan dairəsində polis məni yaxaladı. Polis bölməsinə dəvət etdilər. Üstümdən narkotik vasitə çıxdı".

Piralı Qeybullayev (saxlanılan şəxs): "Mən satırdım. Aparıb istəyənə verirdim 10 manata. Maşında oturmuşduq. Uşağı üçün batareya almağa gedirdik. Tıxacdaydıq. Polis əməkdaşları gəlib tutdular bizi".

AzNews.az


image description image description