Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus tikinti materialları satışı mağazasında yanğın olub. Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus tikinti materialları satışı mağazasında yanğın olub.

Tikinti materialları mağazasında güclü yanğın - Bakıda

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus tikinti materialları satışı mağazasında yanğın olub.


AzNews.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan tikinti materialları satışı mağazasının yanar konstruksiyaları 50 m2 sahədə və içərisində olan materiallar yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.