Lerik rayonunda avtomobil piyadanı vurub. Lerik rayonunda avtomobil piyadanı vurub.

Lerikdə avtomobil piyadanı vurdu

Lerik rayonunda avtomobil piyadanı vurub.


"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Piran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1958-ci il təvəllüdlü Salamat İsa oğlu Nuriyev idarə etdiyi "VAZ-2106" markalı, 43-BD-114 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə hərəkət edərkən rayonun Davradibi kənd sakini 1970-ci il təvəllüdlü Vüqar Şirməmməd oğlu Rzayevi vurub. Nəticədə ağır bəıdən xəsarətləri alan yaralını sürücü dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: "Avtoqəza nəticəsində xəsarət alan Vüqar Rzayev əməliyyat olunub. Hazırda xəstəxananın Reanimasiya xəstənin vəziyyəti normaldır".

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

AzNews.az