Uqandada futbol komandası və azarkeşlərlə dolu gəmi suda çevrilib. Uqandada futbol komandası və azarkeşlərlə dolu gəmi suda çevrilib.

Futbolçuları aparan gəmi batdı, 30 nəfər boğuldu

Uqandada futbol komandası və azarkeşlərlə dolu gəmi suda çevrilib.

AzNews.az BBC-ə istinadən xəbər verir ki, Uqandanın Albert gölündə 30 nəfər boğularaq ölüb. Gəmidə 45 nəfər olub.

Polislər bildirir ki, lazımından artıq adamlar mindiyindən gəmi çevrilib. Polislərin dediyinə görə, onlar gəmiyə minəndə sərxoş olublar. Onlar mahnılar ifa edib, fit çalırdılar. Həm oyunçular, həm azarkeşlər Milad bayramı ilə bağlı keçirilən oyuna yola düşüblər. Gəminin kapitanı hadisə yerindən qaçmayıb və suya düşənlərin xilasına kömək edib.

Buna bənzər hadisələr Albert gölündə tez-tez rast gəlinir. Gəmilər həm insanlarla, həm də əşyalarla həddən artıq yüklənir. Bundan əvvəl, 2014-cü ildə Konqoya yola düşən 251 qaçqınla dolu gəmi batmışdı.