Qaz kəmərində partlayış - Yanğın başlayıb + Yenilənib

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayış barədə məlumat yayıb.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmamış, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

***

10:46

Bakıda qaz kəmərində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in Qaradağ rayon Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az