Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb. Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb.

Bakı metrosunda orta yaşlı şəxs döyülüb

Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə metropolitenin "28 May" və "Xətai" stansiyaları arasındakı keçiddə baş verib.

Zərərçəkənin bildirdiyinə görə, ona 3-4 nəfər şəxs hücum edərək, yumruq zərbələri endirib. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır.