Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda "Rahatlığın Məkanı" MMC-nin ərazisində həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanmış və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.