Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir. Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.

"Səngəçalda qəzanın baş verdiyi qaz kəmərində təmir işləri aparılır" - SOCAR

Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.

SOCAR-dan AzNews.az-a verilən xəbərə görə, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

Qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.

Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq.