Aksiyaya səbəb fəhlələrə verilən qidadan bir neçə nəfərin zəhərlənməsidir Aksiyaya səbəb fəhlələrə verilən qidadan bir neçə nəfərin zəhərlənməsidir

Bakıda fəhlələr etiraz aksiyasına başladılar

Aksiyaya səbəb fəhlələrə verilən qidadan bir neçə nəfərin zəhərlənməsidir



Şəhidlər Xiyabanının yaxınlığında ucaldılan, hazırda inşası davam edən "Alov Qüllələri"ndə çalışan fəhlələr etiraz aksiyası keçirir.

Fəhlələr onlara keyfiyyətsiz yemək verilməsinə etiraz edirlər. Aksiyada təxminən 100-ə qədər fəhlə iştirak edir. Onların sözlərinə görə, son iki gündə fəhlələrə verilən keyfiyyətsiz qidadan bir neçə nəfər zəhərlənərək xəstəxanalara yerləşdirilib.

Aksiya iştirakçıları Parlament prospektində nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis tərəfindən alınıb. Hazırda aksiya kompleksin həyətində davam etdirilir. Tikintini həyata keçirən şirkətin rəhbərliyi aksiya iştirakçıları ilə danışığa cəhd edir. Əraziyə əlavə polis qüvvələri göndərilib. Səbayel rayonu 9-cu polis bölməsindən APA-ya faktı təsdiqləyiblər.

AzNews.az