- Köhnə - Hadisə
- 5 Fevral 2017 10:57
- 8 239
Yolun buzunu təmizləyən qadını vurub öldürdülər - Bakıda
Bakıda ağır yol qəzası baş verib.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Qəzanı törədən sürücü avtomobili ilə qaçıb.
Faktla bağlı araşdırma aparılır.