Bakıda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli Liseydə yanğın baş verib. Bakıda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli Liseydə yanğın baş verib.

Bakıda liseydə yanğın - Müəllim və şagirdlər təxliyyə olundu

Bakıda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli Liseydə yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli Liseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən Litseyin müəllim və şagird heyyəti təxliyyə olunub. Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.