Tovuz rayonun Qəribli kənd sakini İsa Tahirovun intiharın bəzi təfərrütaları məlum olub. Tovuz rayonun Qəribli kənd sakini İsa Tahirovun intiharın bəzi təfərrütaları məlum olub.

Arvadı onu tərk etdiyinə görə intihar etdi- Təfərrüatlar

Tovuz rayonun Qəribli kənd sakini İsa Tahirovun intiharın bəzi təfərrütaları məlum olub.

Qəribli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, İsa Tahirovun intiharına səbəb ailə münaqişəsidir:

“İsa ailəlidir, iki övladı var. Uzun zaman idi ki, Bakıda yaşayırdı. Fəhlə işləyirdi. Bir neçə ay idi ki, yığışıb kəndə qayıtmışdı. Ailəsində münaqişə yaranıb. Həyat yoldaşı uşaqlarını götürüb atasının evinə qayıdıb. İsa nə qədər edibsə həyat yoldaşı ər evinə qayıtmayıb. Bu narazılığa görə o, da özünü asıb.”

Sakinlər İsa Tahirovun səhhətində heç bir problemin olmadığını qeyd edib.

Tovuzda intihar hadisəsi baş verib. Qəribli kənd sakini Tahirov İsa İkram oğlu özünü yaşadığı evin həyətində asıb.

Bahar RÜSTƏMLİ

AzNews.az