Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Daxili İşlər Nazirliyi Mehman Hüseynovu məhkəməyə verdi

Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

AzNews.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə sabah saat 10:00-a təyin olunub.

DİN Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət də qaldırıb.

Bahar RÜSTƏMLİ

AzNews.az