- Köhnə - Hadisə
- 13 Fevral 2017 09:52
- 3 637
21 yaşlı oğlan özünü asdı
Bakıda gənc oğlan özünü asaraq öldürüb.
"Report"un xəbərinə görə hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Şüvəlan qəsəbəsi 22 saylı evdə yaşayan 1996-ci il təvəllüdlü İlqar Muradov özünü yaşadığı evin həyətində yerləşən dam örtüyünün taxta dirəyindən asaraq intihar edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
AzNews.az