Bakıda yeni doğulan körpə öldü

Bakıda körpə ölümü baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Dünən doğulan körpə naməlum səbəbdən bu gün dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az