Erməni silahlı bölmələri Ağdamda çobanları atəşə tutub

Erməni silahlı qüvvələri Ağdamrayonunda dinc sakinləri atəşə tutub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.