8-ci sinif şagirdi öldü - Ürək çatışmazlığından

Masallıda 15 yaşlı məktəbli ölüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

İ. Əmənovun atası 6 ay öncə vəfat edib.