Abşeronda həyətyanı sahələri su basıb. Abşeronda həyətyanı sahələri su basıb.

Göl daşdı - Həyətyanı sahələri su basdı

Abşeronda həyətyanı sahələri su basıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyani sahələrə dolan suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib. Əməliyyat nəticəsidə həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Hazırda suyun çəkilməsi işləri davam etdirilir.