Taninmış jurnalist partlayışda bir gözünü itirdi


Ötən gün Amerikanın Türkiyədəki səfirliyinin qarşısında baş verən partlayışda yaralanan tanınmış jurnalist Didem Tuncayın vəziyyəti ağır olaraq qalır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin NTV telekanalının simasının gözü zədələnib. Ağır yaralanan Didem Tuncay dərhal Ankara Nümunə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyatdan sonra onun sağ gözünün kor olduğu məlum olub.

Hazırda xəstəxanada müalicə alan Didem Tuncayın vəziyyətinin ağır olduğu bildirilib. Baş nazir jurnalsitin vəziyyətilə maraqlanmış və onun ağır vəziyyətdə olduğunu bildirib. Receb Tayyib Erdoğan "Allahdan ona şəfa diləyirəm, ailəsinə isə keçmiş olsun" deyib.

Xatırladaq ki, dünən Ankaradakı Paris küçəsində yerləşən ABŞ səfirliyinin qarşısında güclü partlayış baş verib. Kamikadze təhlükəsizlik məntəqəsinin qarşısında özünü partladıb. Nəticədə 2 nəfər ölüb, çox sayda insan yaralanıb.