Xətai rayonunda dənizdən bir nəfərin cəsədi çıxarılıb. Xətai rayonunda dənizdən bir nəfərin cəsədi çıxarılıb.

Xəzərin sahilində kişi meyiti tapılıb

Xətai rayonunda dənizdən bir nəfərin cəsədi çıxarılıb.





Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində bu gün saat 15:15 radələrində 1 nəfər naməlum kişi cəsədi suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.