Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib. Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.

Yeznə qaynını qətlə yetirdi - Odlu silahla

Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb. Ölən şəxsin İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərov olduğu müəyyənləşib.

Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Əliyev ov tüfəngi ilə qətlə yetirib. Vidadi Əliyev tutulub, qətldə istifadə edilən ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az