Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 8 nəfərinin adı məlum olub. Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 8 nəfərinin adı məlum olub.

Mikroavtobus yandı - Yaralananlar var (Foto + Yenilənib 2)

Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 8 nəfərinin adı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, 10 nəfər yaralıdan 1-i Cəlilabad Rayon Mərkəzi xəstəxanasının travmotologiya, 9 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxslər bunlardır:

Nəzrin İntiqam qızı Qəhrəmanova

Günəş Mahmudlu

Ülfət Mahmudlu

Xuraman Zakir qızı Abışova

Tünzalə Hüseynağa qızı Fərəcova

Könül Mirzəyeva

Mələk Fəxrəddin qızı Rəhimova

Rəvanə Elşad qızı Abbasova

***

10:10

“Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib.

***

09:51

Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.

“Report”un Aran ürosu xəbər verir ki, hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.

İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

AzNews.az

image description image description image description