Polis "Porsche"ni divara çırpdı- 1 nəfər öldü

Tovuzda ağır yol qəzası baş verib.
AzNews.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Porsche" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Şakir oğlu Qəhrəmanov ölüb, sərnişinlər - Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.