Oğuzun Calut kəndində Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Oğuzun Calut kəndində Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Oğuzda dəhşətli partlayış – Ana və oğlu yaralandı (VİDEO+FOTO)

Oğuzun Calut kəndində Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

ARB TV xəbər verir ki, tikilinin pəncərələri sınıb, 12 kvm. sahə əşyalarla birgə yarasız hala düşüb. 57 yaşlı Leyla Həsənova və oğlu, 37 yaşlı Elnur Həsənov bədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar.

Onlara lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Yaxınlarının sözlərinə görə, qazın üstündə olan yemək daşaraq qazı söndürüb, nəticədə evə qaz sızıb. Ev sahiblərindən biri qazı yenidən yandırmaq istəyərkən partlayış baş verib.Faktla bağlı araşdırma aparılır.

image description image description image description image description