3 yaşlı uşağın qulağını it dişlədi - Bakıda

Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.

Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

AzNews.az