Bakıda 55 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb. Bakıda 55 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb.

55 yaşlı qadın bıçaqlandı - Bakıda

Bakıda 55 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ə.Əliyev küçəsində yerləşən mənzillərin birində təxminən 54-55 yaşlı qadın naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən xəsarət alan şəxsin kimliyi araşdırılır. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.

AzNews.az