Nömrəsiz “Niva” məcburi köçkünün avtomobilinin yanmasına səbəb oldu - Video

Bakı-Qazax magistralında zəncirvari qəza baş verib.

ARB TV xəbər verir ki, Yevlax rayonu ərazisində qeydə alınan hadisə zamanı Kəlbəcərdən olan məcburi köçkün Etibar İsayev idarə etdiyi "VAZ 21-07" markalı avtomobillə "Mersedes" markalı maşını vurub.

Qəzaya düşən avtomobilə magistralda hərəkət edən, dövlət qeydiyyat nömrə nişanı olmayan "Niva" çırpılıb. Bu zaman "VAZ 21-07" yanaraq yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürənlər çağrılıb, alovun qarşısı alınıb. Əraziyə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları həyəcan keçirən sərnişinlərə yardım göstəriblər.

Sürücü: "Mən Bakıdan gəlirdim. Gəldim burda "çeşka" qabağımızla gəlirdi. Oğlumun gözünə işıq düşdü və çeşkanın qırağınnan vurdu. Vuranda bizim maşının "şaravoy"u dağıldı. Maşın qaldı orda. Arxadan göy "Niva" gəldi bez nömrə. Vurdu bakdan maşın alışdı yandı".

Faktla bağlı araşdırma aparılır.

AzNews.az