Bakıda 5 yaşlı qız zorakılığa məruz qalıb- Atası tərəfindən

Bakıda polis əməkdaşları valideynləri tərəfindən zorakılığa məruz qalmış 5 yaşlı uşaq tapıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, 5 yaşlı Yağmur birliyə polis əməkdaşları tərəfindən gətirilib:

Uşağın dediyinə görə, onu bu hala atası salıb. Təxminən 5 yaşı var. Bəlkə kimsə Yağmuru tanıyır? Yağmurun üstündəki paltarları polis əməkdaşları alıb. Çılpaq imiş...”

Kamalə Ağazadə qeyd edib ki, 5 yaşlı Yağmurun ata-anası ilə bağlı araşdırmalara başlanılıb:

“Biz hələ onun kim tərəfindən bu hala salınmasıni bilmirik. Yəni, doğrudanmı atası döyüb, ya başqası bu araşdırmadan sonra bəlli olacaq. Axşam uşağın valideynlərinin axtarışı ilə bağlı televizya efirlərinin birində elan veriləcək.”

Sədr Yağmurun bu gün tibbi ekspertizaya göndəriləcəyini də vurğulayıb: “Uşağın səhhətində hansı problemlər var, bilinməlidir. Uşağın gözünün altında göyərmələr var. Döyüblər onu.”

Bahar RÜSTƏMLİ

AzNews.az