Qəza törədən sürücü xəstəxanada öldü - VİDEO - FOTO

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

ARB TV xəbər verir ki, mayın 9-da saat 18:00 radələrində Qəbələ rayonunun Mirzəbəyli ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.