Şəkidə mağazanın zirzəmisinə yıxılan 62 yaşlı qadın ağır xəsarət alıb. Şəkidə mağazanın zirzəmisinə yıxılan 62 yaşlı qadın ağır xəsarət alıb.

62 yaşlı qadın ayaqqabı almaq istədi, amma...

Şəkidə mağazanın zirzəmisinə yıxılan 62 yaşlı qadın ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 12 radələrində Şəki şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi 168/28 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Adilə Məmməd qızı Əzizli şəhər ərzisində fəaliyyət göstərən ayaqqabı satışı ilə məşğul olan mağazada olarkən ehtiyatsızlıqdan pilləkənlərindən mağazanın zirzəmisinə yıxılıb. Müxtəlif dərəcələ bədən xəsarətləri alan 62 yaşlı Adilə Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan APA-ya bildirlib ki, reanimasiya şöbəsinə yerləşdirilən Adilə Əzizliyə qapalı kəllə-beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az