30 yaşlı qadın komaya düşdü - Özünü öldürmək istəyib

Ağsu şəhərində dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Rusiyadan Ağsu rayonuna gələn və ailə həyatı quran 1987-ci il təvəllüdlü Marina Yeqorovna Zvezdenko müxtəlif psixotrop dərmanlar qəbul edərək koma vəziyyətinə düşüb. Bir uşaq anası Ağsu Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.

Qadının intihara cəhd etdiyi ehtimal olunur.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.